logo
logo logo
logo

Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündüz reysləri açılacaq?

16:01 - 07 İyul 2026

Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündüz reysləri açılacaq?

"Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündüz reyslərinin açılması ilə bağlı işlər aparılmır".


Manset.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda yalnız bir qatar hərəkətdədir və həmin qatarın tərkibinə əlavə vaqonların qoşulması ilə bağlı işlər aparılır: "Tbilisi-dən Bakıya hərəkət edən qatara tələbat daha yüksəkdir. Azərbaycana daxil olmaq yalnız təyyarə və qatar yolu ilə olduğundan, Tbilisi-Bakı istiqaməti üzrə daha çox tələbat var".

A.Fərəcov qeyd edib ki, bu günə olan məlumata görə, yalnız Tbilisidən 6 000-dən yuxarı sərnişin artıq qatara minib və istifadə edib: "Bu göstərici Bakıdan 5 000 yuxarıdır".



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az