logo
logo logo
logo

Araz Əhmədov asfaltlanan yola baxış keçirdi - FOTOLAR

21:14 - 07 İyul 2026

Araz Əhmədov asfaltlanan yola baxış keçirdi - FOTOLAR

Masallı rayonunda yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən layihələr uğurla davam etdirilir.


Manset.az xəbər verir ki, 7 iyul 2026-cı il tarixdə təşkil olunmuş tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, başçının müavini Adəm Məhərrəmov, aparatın sektor müdirləri Nahid Həsənov, Qəşəm Hadıyev, 47 saylı Yol İstismarı MMC-nin direktoru Mahmud Bağırov, Mahmudavar kənd ərazi nümayəndəliyi, Mahmudavar bələdiyyəsi, şəhid ailələri və kənd sakinləri iştirak etmişlər. 

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2025-ci il tarixli "Masallı rayonunun Xıl–Sirəbil–Allahyarlı–Molalan–Çayqıraq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraq rayonun Molalan kəndini əhatə edən avtomobil yolunda asflat örtüyünün döşənməsinə başlanılmışdır..

Layihə çərçivəsində ümumi uzunluğu 3,5 kilometr olan Molalan kənd yoluna müasir standartlara uyğun asfalt örtüyünün döşənməsi deməkdir. Həyata keçirilən işlər kənd sakinlərinin rayon mərkəzi və digər yaşayış məntəqələri ilə nəqliyyat əlaqələrinin daha rahat və təhlükəsiz təşkilinə, yük və sərnişin daşımalarının səmərəliliyinin artırılmasına, eləcə də kəndin sosial-iqtisadi inkişafına mühüm töhfə verəcəkdir.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov yeni salınmış avtomobil yoluna baxış keçirərək görülən işlərin keyfiyyəti ilə maraqlanmış, aidiyyəti qurumların nümayəndələri tərəfindən layihə barədə ətraflı məlumat verilmişdir.

Rayon rəhbəri qeyd etmişdir ki, ölkə başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Masallı rayonunda yol infrastrukturunun yenilənməsi istiqamətində ardıcıl layihələr icra olunur. Bu layihələr kəndlərdə yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, rahat və təhlükəsiz nəqliyyat əlaqələrinin təmin edilməsinə, həmçinin kənd təsərrüfatı və sahibkarlıq fəaliyyətinin inkişafına əlverişli şərait yaradır.

Tədbirdə çıxış edən Molalan kənd sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edərək, yolun əsaslı təmirinin kəndin inkişafı və sakinlərin gündəlik həyatının rahatlaşması baxımından mühüm əhəmiyyət daşıdığını bildirmişlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az