logo
logo logo
logo

“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?

00:30 - 01 Sentyabr 2026

“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?

“Qızıl top”un 2026-cı il üzrə namizədlərinin açıqlanacağı tarix bəlli olub.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, “Qızıl top” mükafatının 2026-cı il üzrə bütün kateqoriyalarında namizədlərin siyahısı sentyabrın 8-də açıqlanacaq. Qısa siyahılar mükafatın rəsmi saytında dərc olunacaq.

Mükafat üzrə namizədlərin sayı və kateqoriyalar belədir:

  • Kişilər arasında “Qızıl top” - 30 futbolçu
  • Qadınlar arasında “Qızıl top” - 30 futbolçu
  • Kişilər arasında ilin ən yaxşı gənc futbolçusu - 10 namizəd
  • Qadınlar arasında ilin ən yaxşı gənc futbolçusu - 5 namizəd
  • Kişilər arasında ilin ən yaxşı qapıçısı - 10 namizəd
  • Qadınlar arasında ilin ən yaxşı qapıçısı - 5 namizəd
  • Kişilər arasında ilin ən yaxşı məşqçisi - 5 namizəd
  • Qadınlar arasında ilin ən yaxşı məşqçisi - 5 namizəd
  • Kişilər arasında ilin ən yaxşı hücumçusu - 10 namizəd
  • Qadınlar arasında ilin ən yaxşı hücumçusu - 5 namizəd
  • İlin ən yaxşı kişi klubu - 5 klub
  • İlin ən yaxşı qadın klubu - 5 klub

“Qızıl top-2026”nın təqdimat mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Bu ilki tədbir mükafatın təsis edilməsinin 70 illiyinə təsadüf edir.

Qeyd edək ki, “Qızıl top”un son qalibi PSJ-nin fransalı hücumçusu Usman Dembeledir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az