“Qızıl top”un 2026-cı il üzrə namizədlərinin açıqlanacağı tarix bəlli olub.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, “Qızıl top” mükafatının 2026-cı il üzrə bütün kateqoriyalarında namizədlərin siyahısı sentyabrın 8-də açıqlanacaq. Qısa siyahılar mükafatın rəsmi saytında dərc olunacaq.
Mükafat üzrə namizədlərin sayı və kateqoriyalar belədir:
- Kişilər arasında “Qızıl top” - 30 futbolçu
- Qadınlar arasında “Qızıl top” - 30 futbolçu
- Kişilər arasında ilin ən yaxşı gənc futbolçusu - 10 namizəd
- Qadınlar arasında ilin ən yaxşı gənc futbolçusu - 5 namizəd
- Kişilər arasında ilin ən yaxşı qapıçısı - 10 namizəd
- Qadınlar arasında ilin ən yaxşı qapıçısı - 5 namizəd
- Kişilər arasında ilin ən yaxşı məşqçisi - 5 namizəd
- Qadınlar arasında ilin ən yaxşı məşqçisi - 5 namizəd
- Kişilər arasında ilin ən yaxşı hücumçusu - 10 namizəd
- Qadınlar arasında ilin ən yaxşı hücumçusu - 5 namizəd
- İlin ən yaxşı kişi klubu - 5 klub
- İlin ən yaxşı qadın klubu - 5 klub
“Qızıl top-2026”nın təqdimat mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Bu ilki tədbir mükafatın təsis edilməsinin 70 illiyinə təsadüf edir.
Qeyd edək ki, “Qızıl top”un son qalibi PSJ-nin fransalı hücumçusu Usman Dembeledir.