Səhiyyə sisteminin inkişafı ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi məlumat yayıb.
Bildirilib ki, tibbi xidmətlərə əlçatanlığın artırılması, keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, səhiyyə işçilərinin əməyinin stimullaşdırılması və sosial təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın insan sağlamlığının keşikçiləri olan çoxsaylı tibb işçilərinə böyük diqqət və qayğısının bariz təzahürüdür:
"Bu tədbirlər çərçivəsində 2023-cü il yanvarın
1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin
aylıq vəzifə maaşları artırılıb, 2025-ci ildə minimum əməkhaqqının artırılması
ilə əlaqədar tarif maaşlarında növbəti artımlar həyata keçirilib.
Bununla yanaşı, səhiyyə
sistemində ayrı-ayrı kateqoriyalar üzrə çalışan işçilərin sosial müdafiəsinin
gücləndirilməsi məqsədilə diferensial yanaşmalar tətbiq olunub, Səhiyyə
Nazirliyinin tabeliyində olan körpələr evlərinin işçilərinin tarif maaşlarına
vəzifələrdən asılı olaraq 1,5–3 dəfə artım əmsalları tətbiq edilib.
Bu
ardıcıl sosial siyasətin davamı olaraq, hörmətli Mehriban xanım Əliyeva tərəfindən
irəli sürülən tibb işçilərinin maddi rifahının yüksəldilməsi,
insan kapitalının gücləndirilməsi məqsədilə tibb işçilərinin əməkhaqqının
artırılması təşəbbüsünün Azərbaycan Respublikasının Prezidenti tərəfindən müsbət
qarşılanaraq icrası ilə bağlı müvafiq tapşırıq verməsi dövlətimizin tibb
işçilərinin əməyinə verdiyi yüksək dəyərin, sosial rifahına göstərdiyi davamlı
diqqətin daha bir göstəricisidir.
Əməkhaqqı
artımının vəzifə, ixtisas, iş yükü və regionlarda mövcud kadr təminatı nəzərə
alınmaqla fərdiləşdirilməsi isə bu mühüm təşəbbüsün sosial əhəmiyyətini daha da
artırır.
2026-cı
il sentyabrın 1-dən tətbiq olunan və TƏBİB-in tabeliyindəki tibb
müəssisələrində çalışan 72 mindən çox tibb işçisini əhatə edən yeni əməkhaqqı
qaydaları həm də minlərlə ailənin həyatına əhəmiyyətli dərəcədə müsbət təsir
göstərəcəkdir.
Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın növbəti sosial təşəbbüsü tibbi
peşənin cəlbediciliyinin artırılması, regionlarda kadr təminatının
yaxşılaşdırılması və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının
daha da genişləndirilməsi baxımından xüsusi önəm kəsb edir.
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar
İttifaqı olaraq, tibb işçilərinin, həmkarlar ittifaqları üzvlərinin sosial
müdafiəsinin gücləndirilməsinə, əməyinin layiqincə qiymətləndirilməsinə və
rifahının yüksəldilməsinə xidmət edən bu təşəbbüsü yüksək qiymətləndirir, ölkə
rəhbərliyinə səhiyyə işçilərinə göstərilən davamlı diqqət və qayğıya görə dərin
minnətdarlığımızı bildiririk.
Hesab
edirik ki, tibb işçilərinin əməyinə verilən dəyər onların sosial müdafiəsinin
daha da gücləndirilməsi ilə yanaşı, səhiyyə sisteminin dayanıqlılığının, tibbi
xidmətlərin keyfiyyətinin və bütövlükdə əhalinin sağlamlığının qorunmasına
mühüm sərmayədir".