logo
logo logo
logo

Tələbələr üçün kirayə mənzillər bahalaşdı - VİDEO 

13:50 - 03 Sentyabr 2026

Tələbələr üçün kirayə mənzillər bahalaşdı - VİDEO 

Bölgələrdə kirayə bazarında qiymətlər cib yandırır. Yeni dərs ili öncəsi Gəncənin əmlak bazarında da canlanma müşahidə olunur. Tələbələrin kirayə mənzil axtarışına başlaması bu sahədə tələbatı artırıb.


Manset.az Xəzər Tv-yə istinadən xəbər verir ki, rieltorların sözlərinə görə, şəhərdə kirayə mənzil raxtaran oğlan tələbələr ev tapmaqda qız tələbələrlə müqayisədə daha çox çətinlik çəkirlər.

Ölkənin 4-cü böyük şəhəri olan Mingəçevirdə bir universitet və iki kollec fəaliyyət göstərdiyindən, müxtəlif bölgələrdən bura üz tutan tələbələrin sayı da ilbəil artır. Hazırda tələbələr əsasən təhsil aldıqları müəssisələrə yaxın ərazilərdə mənzil kirayələməyə üstünlük verirlər. qiymətlərdə isə artım var.

Mingəçevirdə də oğlan tələbələr kirayə ev tapmaqda çətinlik çəkirlər. Rieltorların sözlərinə görə, mənzil sahibləri evin səliqəli saxlanılması baxımından qız tələbələrə üstünlük verirlər. Onların sözlərinə görə, ötən il bir tələbə üçün kirayə haqqı 70-80 manat olduğu halda, bu il bu məbləğ 100 manata yüksəlib.

Lənkəranda isə tələbələr əsasən kommunal xərclərin yüksək olması səbəbindən həyət evlərinə üstünlük vermirlər. Rieltor bildirirlər ki, hər il olduğu kimi, bu il də bina evlərinə tələbatın artması kirayə qiymətlərinə təsir edib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az