logo
logo logo
logo

Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA 

16:48 - 18 Sentyabr 2026

Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA 

Son dövrlər Azərbaycanda Trendyol və Temu kimi xarici onlayn alış-veriş platformalarından sifariş verən vətəndaşların sayı artıb. 

Lakin bəzi müştərilər sifariş etdikləri malların gömrükdə gecikdiyini və bağlamaların nəzərdə tutulan müddətdə onlara çatdırılmadığını bildirirlər. Bu isə gecikmələrin gömrük prosedurları, daşınma prosesi və ya digər səbəblərlə bağlı olub-olmaması məsələsini gündəmə gətirir.

Manset.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirib ki, gömrük zonasına daxil olan bağlamalar qısa müddət ərzində yoxlanılaraq daşıyıcı şirkətə təhvil verilir: 

"Gömrük zonasına daxil olan bağlamalar qısa zaman ərzində gömrük nəzarətindən keçirilir və dərhal daşıyıcı şirkətə təhvil verilir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az