logo
logo logo
logo

Lənkəranda evdən 75 minlik seyf oğurlandı 

15:59 - 22 Sentyabr 2026

Lənkəranda evdən 75 minlik seyf oğurlandı 

Lənkəranda evlərin birindən küllü miqdarda pul oğurlayanıb.


DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan Manset.az-a verilən məlumata görə, Lənkəran rayonu ərazisində yerləşən evlərdən birindən 500 manat və içərisində 75 000 manat olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub.

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar. Saxlanılan şəxslərin hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı başlanılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az