logo
logo logo
logo

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir 

11:20 - 23 Sentyabr 2026

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir 

Azərbaycan və Kolumbiya arasında ümumvətəndaş pasport sahibləri üçün vizadan qarşılıqlı azad olunma haqqında saziş imzalanıb.


Manset.az xəbər verir ki, bu barədə Kolumbiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, saziş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun kolumbiyalı həmkarı Omar Bula tərəfindən BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində görüş zamanı imzalanıb.

“Bu saziş xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə və müxtəlif sahələrdə mübadilələrin inkişafı üçün yeni imkanların yaranmasəna töhfə verəcək”, - səfirliyin məlumatında qeyd edilib.

Əlavə edilib ki, saziş pasport nümunələrinin və müvafiq nota verballarının qarşılıqlı mübadiləsi həyata keçirildikdən sonra qüvvəyə minəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az