Ukrayna paytaxtı Kiyevdə daha bir azərbaycanlı dron hücumları zamanı yaralanıb.
Manset.az report-a istinadən xəbər verir ki, bu, Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü Əhmədov İlqar Həşəm oğludur.
O, Kiyevin Vişneve rayonunda dron hücumuna məruz qalaraq yaralanıb. Hazırda vəziyyəti sabitdir.
Qeyd edək ki, bazara dron zərbəsi zamanı bir neçə azərbaycanlının yaralandığı bildirilir.