logo
logo logo
logo

Türkiyə MMN Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşdı - VİDEO

22:54 - 29 Sentyabr 2026

Türkiyə MMN Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşdı - VİDEO

Azərbaycan, Türkiyə və Özbəkistanın iştirakı ilə keçirilən "Birliyin Gücü - 2026" təlimi çərçivəsində bölmələr sızma əməliyyatı üzrə təlimdə birgə fəaliyyət imkanlarını inkişaf etdiriblər.


Manset.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) X sosial şəbəkə hesabında paylaşım edib.

"Birgə təlimlər vasitəsilə koordinasiya və həmrəylik gücləndirilir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, "Birliyin Gücü – 2026" birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilir.

Üç mərhələdən ibarət olan təlim Azərbaycan ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunur.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az