logo
logo logo
logo

“20 Yanvar” dairəsində DƏYİŞİKLİK OLACAQ 

23:15 - 16 Oktyabr 2026

“20 Yanvar” dairəsində DƏYİŞİKLİK OLACAQ 

“20 Yanvar” metrostansiyasının yaxınlığından eyniadlı dairə istiqamətində avtobusların hərəkətində dəyişiklik olacaq.


Manset.az xəbər verir ki, bunu  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov İTV-nin efirində yayımlanan "Xəbərimiz var" verlişində bildirib.

Onun sözlərinə görə, Müzəffər Həsənov küçəsi ilə hərəkət edən avtobusların "20 Yanvar" dairəsi istiqamətində hərəkəti Həsən bəy Zərdabi prospekti ilə təşkil olunduğundan hazırda nəqliyyat vasitələrinin dönməsində çətinlik yaşanır. Aparılan təhlillərə əsasən gələcəkdə adıçəkilən istiqamətdən dairəyə birbaşa avtobus yolunun olması nəzərdə tutulub. Bu istiqamətdə işlər aparılır.

Qeyd edək ki, həmin ərazidən 6-ya yaxın müntəzəm marşurutu hərəkət edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az