- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası təşkil olunub.
Manset.az xəbər verir ki, ətraf mühitin
mühafizəsi və ekoloji tarazlığın qorunmasına dəstək məqsədilə keçirilən
aksiyada Konfederasiyanın, üzv və tabe təşkilatların əməkdaşları, həmkarlar
ittifaqlarının üzvləri, AHİK könüllüləri iştirak ediblər.
Aksiya çərçivəsində
əraziyə ağaclar əkilib, yaşıllıqlara qulluq göstərilib.