logo
logo logo
logo

Jurnalistdən Leyla Əliyevaya maraqlı addım - FOTOLAR 

16:43 - 12 Noyabr 2026

Jurnalistdən Leyla Əliyevaya maraqlı addım - FOTOLAR 

Xpress.az saytının təsisçisi Xəyalə Rəis COP31 tədbiri çərçivəsində Leyla Əliyevaya Azərbaycan milli geyim nümunəsi olan araxçın təqdim edib.


Manset.az xəbər verir ki, Xəyalə Rəis bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

O, Bakı Milli Geyim Evinin araxçınını Leyla Əliyevaya təqdim etdiyini bildirib.

Jurnalist paylaşımında “Ümid edirəm, Könülümün ruhu şaddır” sözlərini yazıb.

Bununla Xəyalə Rəis milli geyim ənənələrinin yaşadılması istiqamətində fəaliyyəti ilə tanınan, faciəvi şəkildə dünyasını dəyişən Könül Vəliyevanı da yad edib.

Qeyd edək ki, araxçın Azərbaycan milli geyim mədəniyyətinin ənənəvi baş geyimlərindən biridir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az