logo
logo logo
logo

Mediaya ayrılan pulun artırılması təklif olundu 

16:53 - 16 Noyabr 2026

Mediaya ayrılan pulun artırılması təklif olundu 

Mediaya ayrılan pulun artırılması təklif olunur.


Manset.az xəbər verir ki, bu təklifi Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, milli düşüncə platformasının keyfiyyətini təyin edən media, televiziyalar və media yayımıdır:

"Bura ayrılan məbləğ 68 milyon 369 min manatdır. Mən ötən illə müqayisə etmək istəmirəm, çünki xeyli azalıb. Bir gün əvvəl Media və Yayım Şurası Fransa mənşəli informasiya subyektinin Azərbaycana qarşı təxribatları ilə bağlı paylaşım etdi. Bunlar elə ideoloji təxribatlardır və ideoloji təhlükəsizlik məsələsidir. Belə olan halda, məsələn, 68 milyonun 53.5 milyonu televiziyalara, 14.5 milyonu media yayıma ayrılır. Gələcəkdə biz nələrdənsə alıb bura verə bilərik və yaxud müstəqil bir mənbə kimi həmin sahələri daha da gücləndirə bilərik. Çünki bu, gələcəyin çağırışıdır".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az