logo
logo logo
logo

Eyni saatda yatmaq və yemək ağrıları azalda bilər - Araşdırma

08:30 - 17 Noyabr 2026

Eyni saatda yatmaq və yemək ağrıları azalda bilər - Araşdırma

ABŞ alimləri gündəlik həyat rejiminə əməl edən yaşlı insanların daha az fiziki ağrı və depressiya əlamətləri ilə qarşılaşdığını müəyyənləşdiriblər.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə aparılan tədqiqatda 67 yaşlı şəxs iştirak edib. Onlardan 37-si yuxusuzluq problemindən əziyyət çəkib. Alimlər iştirakçıların yatmaq, oyanmaq, qidalanmaq və digər gündəlik fəaliyyətlərinin nə dərəcədə müntəzəm olduğunu araşdırıblar.

Nəticələr göstərib ki, sabit gündəlik rejimə əməl edən şəxslər yuxu keyfiyyətindən asılı olmayaraq daha az ağrı və depressiya əlamətləri bildiriblər. Tədqiqatçılar bunun orqanizmin bioloji saatı ilə əlaqəli ola biləcəyini düşünürlər.

Bununla belə, araşdırma gündəlik rejimin birbaşa ağrıları və ya depressiyanı azaltdığını sübut etmir. Nəticələrin dəqiqləşdirilməsi üçün daha geniş tədqiqatlara ehtiyac var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az