logo
logo logo
logo

Nazirlikdə bu qayda dəyişdi - Anar Bayramov rayonlara gedir 

13:30 - 17 Noyabr 2026

Nazirlikdə bu qayda dəyişdi - Anar Bayramov rayonlara gedir 

Səhiyyə naziri Anar Bayramov noyabrın 27-si Lənkəran Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edəcək.


Manset.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qəbulda Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sakinləri iştirak edə biləcəklər.

Maraqlıdır ki, bu, A.Bayramovun yeni təyinatından sonra səhiyyə naziri tərəfindən rayonda keçirilən ilk qəbul olacaq. Daha əvvəl isə Səhiyyə Nazirliyi vətəndaş qəbullarının müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər vəzifəli şəxslər tərəfindən qurumun inzibati binasında təşkil edildiyini açıqlamışdı.

Qəbulların rayonlarda deyil, inzibati binada keçirilməsi isə dövlət tibb müəssisələrinin əksəriyyətinin birbaşa Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərməməsi ilə əsaslandırılırdı.

Xatırladaq ki, TƏBİB-lə Səhiyyə Nazirliyinin səlahiyyətlərinin bölüşdürülməsindən əvvəl rayonlarda vətəndaş qəbulları həyata keçirilirdi. Bir ay əvvəl isə Prezident İlham Əliyevin Fərmanı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az