logo
logo logo
logo

Şəhər Günü münasibətilə Kəlbəcərdə xalça və rəsm sərgiləri təşkil olundu - FOTOLAR

09:40 - 26 Noyabr 2026

Şəhər Günü münasibətilə Kəlbəcərdə xalça və rəsm sərgiləri təşkil olundu - FOTOLAR

Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 25-də Kəlbəcərdə keçirilən Şəhər Günü tədbirləri çərçivəsində rayonun mərkəzi meydanında xalça və rəsm sərgiləri təşkil olunub.


Manset.az xəbər verir ki, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, rayonun idarə və müəssisələrinin rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri sərgilərlə tanış olublar.

“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov qonaqlara sərgilər və təqdim olunan layihələr haqqında ətraflı məlumat verib.

Bildirilib ki, Dadaş Məmmədovun müəllifi olduğu “Dirçəliş” layihəsində Azərbaycanın Zəfər tarixinə quruculuq, bərpa və işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsi prizmasından yanaşılır. Layihənin əsas ideyası Zəfərin yalnız tarixi hadisə kimi deyil, həm də dağıdılmış şəhərlərin bərpasında, mədəni irsin yenidən canlandırılmasında, yeni yaşayış məkanlarının və infrastrukturun yaradılmasında təzahür etdiyini nümayiş etdirməkdir.

Sona Quliyevanın ideya müəllifi, Dadaş Məmmədovun layihə rəhbəri olduğu “İkinci həyat” layihəsi isə Azərbaycanın ənənəvi xalça sənətini müasir təsviri incəsənətlə birləşdirir. Layihə çərçivəsində köhnə və zədələnmiş Azərbaycan xalçaları rəssamların yaradıcı yanaşması ilə yeni bədii əsərlərə çevrilərək yenidən dəyərləndirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az