logo
logo logo
logo

Həbsxanaya 6 büküm narkotik keçirmək istədi

12:48 - 27 Noyabr 2026

Həbsxanaya 6 büküm narkotik keçirmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cəzaçəkmə müəssisəsinə narkotik vasitə və psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.


Manset.az xəbər verir ki, 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış zamanı 6 bükümdə ümumi çəkisi 5,874 qram olan heroin və 2,408 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların və maddələrin ötürülməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az