“Location”da ağır yaralanan Seneqal vətəndaşının səhhəti ilə bağlı yeni açıqlama - FOTO

18:31 - 12 May 2022

“Location”da ağır yaralanan Seneqal vətəndaşının səhhəti ilə bağlı yeni açıqlama - FOTO

“Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan bir nəfər hazırda müalicəsini davam etdirir”.

Manşet.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova deyib.

O bildirib ki, Seneqal vətəndaşı ağciyər kontuziyası, III dərəcəli yanıq xəsarəti ilə özəl tibb müəssisələrinin birində müalicə alır, hazırda ümumi durumu və həyati göstəriciləri qənəatbəxşdir:

“Əl və ayaq nahiyyələrində estetik əməliyyat edilməsi nəzərdə tutulub, analiz göstəriciləri əməliyyat üçün uyğundur”.

Xatırladaq ki, “Location” gecə klubunda aprelin 3-də partlayış baş verib. Hadisə nəticəsində ümumilikdə 4 nəfər həlak olub, 34 nəfər yaralanıb. Partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.

Qeyd edək ki, Seneqal vətəndaşı, 1989-cu il təvəllüdlü Fatemah sözügedən klubda rəqqasə kimi fəaliyyət göstərirmiş. Bundan başqa, afrikalı qadın model kimi də çalışıb. O, hətta müğənnilərdən birinin klipinə də çəkilib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az