Ankarada yeraltı sərvətlərin işlənilməsinə dair əməkdaşlıq məsələləri müzakirə olundu

15:54 - 13 May 2022

Ankarada yeraltı sərvətlərin işlənilməsinə dair əməkdaşlıq məsələləri müzakirə olundu

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin rəsmilərindən ibarət nümayəndə heyəti Türkiyənin Ankara şəhərində işgüzar səfərdə olub.

 

Manset.az xəbər verir ki, nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin Ankara şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad edib.

İki qardaş ölkə arasında ötən ilin sonunda mədənçilik sahəsində əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata  keçirilən səfər zamanı mədənçiliyin inkişafı, geoloji araşdırmalar, yeraltı sərvətlərin işlənilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə fəaliyyətin təşkili  imkanları müzakirə olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az