Vilayət Eyvazov kapitanı rəis təyin etdi

11:30 - 15 May 2022

Vilayət Eyvazov kapitanı rəis təyin etdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin hərəkətin təşkili şöbəsinə yeni rəis təyin edib.

Manset.az "avtosfer.az"-a istinadən xəbər verir ki, bu vəzifəyə polis kapitanı Rüfət Quliyev təyinat alıb.

Qeyd edək ki, o, bundan əvvəl İdarənin YPX Alayının Qərargah rəisi vəzifəsində çalışırdı.

Xatırladaq ki, şöbənin keçmiş rəisi, polis polkovniki Taləddin Axundov isə yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az