Azərbaycanda narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanıldı

12:37 - 17 İyul 2022

Azərbaycanda narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanıldı

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Elman Çobanovu saxlayıblar.

 

Manset.az Report-a istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin rayonun İdris-oba kəndində həyətyanı sahəsində dibçəklərdə əkib yetişdirdiyi 34 ədəd yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Çobanovun barəsində həbs qətimkan tədbiri seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az