DİN-dən məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi iddiası ilə bağlı - Daha bir AÇIQLAMA

13:00 - 17 İyul 2022

DİN-dən məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi iddiası ilə bağlı - Daha bir AÇIQLAMA

Daxili İşlər Nazirliyi Lənkəranda məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi iddiası ilə bağlı daha bir açıqlama yayıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Manset.az-a bildirib ki, həmin məsələ ilə bağlı 14 iyul tarixində Lənkəran Şəhər Rayon Polis Şöbəsinə daxil olmuş müraciət əsasında ilkin araşdırma aparılıb:

“Məhkəmə-tibbi ekspertizası təyin edilib və azyaşlı qız müvafiq qaydada müayinədən keçirilib. Lənkəran Rayon Prokurorluğunun tələbi əsasında araşdırmanın davam etdirilməsi və qərar qəbul edilməsindən ötrü 15 iyul tarixində toplanmış material aidiyatı üzrə Rayon Prokurorluğuna göndərilib. Hazırda Lənkəran Rayon Prokurorluğunda araşdırma davam etdirilir”.

Qeyd edək ki, iddialara görə, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və Lənkəran rayon 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova məktəbli qıza attestat vermək adı ilə evə çağırıb və ona fiziki zorakılıq tətbiq ediblər. Buna səbəb məktəblinin Rəsilə Əliyevanın qızının telefonundan istədiyi oğlana mesaj yazması olduğu bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az