Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan Azərbaycan əsilli Kərim Qulamovla bağlı paylaşım edib.
Manset.az xəbər verir ki, diplomat bu barədə feysbukda yazıb. O, Qulamovu xoş sözlərlə anıb:
“Azərbaycan əsilli Ukrayna əsgəri Kərim Qulamov Rusiya işğalçıları ilə döyüşdə həlak olub. Ukraynada Kərim M2 telekanalında aparıcı kimi tanınırdı. Kərim Rusiyanın genişmiqyaslı işğalının ilk günündən son nəfəsinə qədər qoruduğu Vətənini müdafiə etmək üçün ayağa qalxmışdı...”.
Qeyd edək ki, Kərim Qulamov əslən Azərbaycanın Lənkəran rayonundandır.