logo
logo logo
logo

“Ramiz Mehdiyevin adamı” qalmaqalı başladı: Arif Həşimovdan Adil Əliyevə CAVAB

16:57 - 18 İyul 2022

“Ramiz Mehdiyevin adamı” qalmaqalı başladı: Arif Həşimovdan Adil Əliyevə CAVAB

Milli Məclisin sədrinin müavini Adil Əliyev son müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyev haqqında danışıb. 

 

O, indiki AMEA rəhbərliyinin də Ramiz Mehdiyevin təlimatları ilə işlədiyini deyib: 

“Ramiz Mehdiyev PA-dan qovulduqdan sonra da rahat dayanmadı. AMEA-nın prezidenti işlədiyin zamanlar tez-tez köhnə məmurları öz ətrafına toplayıb onları təlimatlandırdığına dair məlumatlar var. Sonunda AMEA-dakı yerindən də uzaqlaşdırıldı. Kreslosunu isə öz adamına buraxdı. Düzdür, hələ ki, Arif Həşimov AMEA-nın prezidenti vəzifəsinə təyin olunmayıb, sadəcə bu vəzifənin icraçısı kimi fəaliyyət göstərir, amma onun da Ramiz Mehdiyevin təlimatı ilə işlədiyi bəllidir”. 

Manset.az xəbər verir ki, məsələ ilə bağlı AMEA prezidentinin səlahiyyətlərini icra edən Birinci vitse-prezident Arif Həşimovla əlaqə saxladıq. Arif Həşimov Cebhe.info-ya açıqlamasında hər adamın fikrinə münasibət bildirmədiyini dedi: 

“Bu, onun öz fikridir. Ona mən nə deyə bilərəm? Mənim haqqımda danışıb, indi mən ona nə deyim? Onun özündən soruşun. Mən hər adamın fikrinə reaksiya verə bilmərəm”. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az