“Son həftələr ölkəmizdə “COVİD 19”-a yoluxma hallarında artım dinamikası var”.
Manşet.az demokrat.az-a istinadən xəbər verir ki, bu fikirləri TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib. O qeyd edib ki, bu, bir sıra ölkələrdə də müşahidə olunmaqdadır:
“İyun ayının əvvəllərindən artıq bir sıra ölkələrdə, eləcə də Avropa ölkələrində, Amerikada yoluxma halları müşahidə olunur. Hətta, bir sıra ölkələrdə kəskin şəkildə artımlar görürük. Bütün bunların səbəbi virusların çox dəyişkən olması və onların yeni mutasiyalar əldə etməsi ilə bağlıdır. Xüsusilə də, “COVİD 19” dəfələrlə mutasiya uğrayıb və yeni ştammları meydana çıxıb. Hər ştamm meydana çıxdıqca sevindirici haldır ki, ölüm hallarını daha az müşahidə edirik, lakin yoluxuculuq qabiliyyəti daha sürətlənmiş olur”.
N.Mustafayeva qeyd edib ki, yoluxma hallarının atmasına baxmayaraq ölüm hallarında kəskin azalmalar müşahidə edilməkdədir:
“Təbii ki, bunun başlıca səbəbi ölkənin əksəriyyətinin vaksinasiyadan keçməsi ilə əlaqəlidir. Bunu da qeyd etmək yerinə düşər ki, virusa qarşı bizim spesifik qoruyuculuğumuz peyvəndlərdir. Xüsusilə, yoluxmanı artdığı dönəmdə əhalini peyvənddən keçməyə səsləyirik. Ən çox da əhalinin xüsusi risk qrupunda olan şəxsləri mütləq şəkildə peyvəndlənməsini, iki dozasnı almış şəxsləri isə 6 aydan sonra buster dozalardan istifadə etməyi tövsiyə edirik”.