Hərbçilərimiz icazəsiz silah daşıyan sülhməramlıların avtomobil karvanını SAXLADI

18:29 - 20 İyul 2022

Hərbçilərimiz icazəsiz silah daşıyan sülhməramlıların avtomobil karvanını SAXLADI

Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan əraziyə icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb.

Manşet.az trend-ə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun nəzarət buraxılış məntəqəsində Rusiya sülhməramlılarına aid 1 ədəd 82A zirehli maşın və 3 ədəd "Ural" markalı avtomobil yoxlanılması üçün dayandırılıb.

Avtomobillərə baxış zamanı birinin yük hissəsində yataq döşəkləri arasında 5 ədəd avtomat aşkar edilib.

Qaydaları kobud şəkildə pozaraq silah-sursatı qanunsuz daşıdığına görə, avtomobil karvanı nəzarət buraxılış məntəqəsindən buraxılmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az