Əziz Məmiyev mitinqdən sonra həbs EDİLDİ

18:52 - 20 İyul 2022

Əziz Məmiyev mitinqdən sonra həbs EDİLDİ

Bu gün bir qrup şəxs Nazirlər Kabinetinin qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. 

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, aksiya keçirməyə cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb:

Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Salyan rayon sakini, hazırda Bakı şəhərində yaşayan 1993-cü il təvəllüdlü Məmiyev Əziz İltifat oğlu polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək onlara qarşı müqavimət göstərib. 
O, saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Məmiyev inzibati qaydada həbs edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az