Taksi sürücüsü qadını döyüb pulunu aldı

12:59 - 22 İyul 2022

Taksi sürücüsü qadını döyüb pulunu aldı

Bakıda taksi sürücüsü avtomobildə qadını döyüb.

 

Bu barədə Manset.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə iyulun 20-də saat 1 radələrində Qaraçuxur qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücünün avtomobilində sərnişin qismində olan qadını döyüb quldurluq yolu ilə içərisində 150 manatı olan pulqabısını talaması barədə müraciət daxil olub.

Quldurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon sakini İ.Paşayev saxlanılıb.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az