MİQ üzrə imtahan verən 44 mindən çox namizəddən - 11 nəfərin nəticəsi ləğv edildi

23:03 - 22 İyul 2022

MİQ üzrə imtahan verən 44 mindən çox namizəddən - 11 nəfərin nəticəsi ləğv edildi

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb.

Manşet.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, müsabiqənin test imtananı mərhələsi Bakı, Gəncə, Ağcabədi, Lənkəran, Şamaxı, Mingəçevir, Salyan, Sumqayıt, Xaçmaz və Yevlaxda yaradılmış 15 imtahan mərkəzində təşkil olunub. Ümumilikdə 7 iş gününü əhatə edən imtahanlarda 44363 nəfər namizəd iştirak edib. Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 11 nəfərin nəticəsi imtahan qaydalarını pozduğu üçün ləğv edilib.

Növbəti mərhələdə namizədlərin vakansiya seçimi və müsahibə prosesi həyata keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az