Sabirabadda 15 yaşlı qıza toy edilib? - DİN-dən AÇIQLAMA - VİDEO

12:47 - 24 İyul 2022

Sabirabadda 15 yaşlı qıza toy edilib? - DİN-dən AÇIQLAMA - VİDEO

Sabirabadda 15 yaşlı qıza toy mərasimi keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Manşet.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

İddia edilir ki, toy mərasimi 22.07.2022-ci il tarixində “Cavad” şadlıq sarayında olub.

Bəyin rayonun Yeniləkənd kəndindən olduğu, qızın isə adının isə Şüsriyyə olduğu deyilir.

əsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-a açıqlamasında keçirilən məclislə bağlı məlumatlı olduqlarını deyiblər:

“Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunub. Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Valideynləri isə övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az