Bakıda avtomobil 2 qadını vurdu - ölən var

10:14 - 27 İyul 2022

Bakıda avtomobil 2 qadını vurdu - ölən var

Bakıda avtomobil iki piyadanı vurub, ölən var.

 

Manset.az "report"a istinadən xəbər verir ki, hadisə iyulun 26-sı saat 20:45 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1996-ci il təvəllüdlü Allahverdili Kənan Anar oğlu idarə etdiyi "Kia-Rio" markalı avtomobillə hərəkətdə olan zaman piyadalar - 1998-ci il təvəllüdlü Dadaşova Afət Yaqub qızı və 1969-cu il təvəllüdlü Hacıyeva Zemfira Hüseyn qızını vurub. Nəticədə Z.Hacıyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az