İcra başçısı minaya düşən polkovniki ziyarət ETDİ

18:59 - 28 İyul 2022

İcra başçısı minaya düşən polkovniki ziyarət ETDİ

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov minaya düşərək xəsarət alan polkovnik İsbəndiyarov Vüqar Tofiq oğlunu ziyarət edib.

Manset.az "Report"a istinadən xəbər verir ki, şəhər rəhbəri hazırda stasionar müalicə alan polkovnikin səhhəti ilə maraqlanıb. Həkimlər hərbi qulluqçumuzun aldığı xəsarətlərlə bağlı şəhər rəhbərinə məlumat verib, vəziyyətinin stabil olduğunu bildiriblər. Niyazi Bayramov yaralıya şəfa diləyib, müvafiq köməklik göstərilməsi barədə aidiyyəti üzrə tapşırıq verib.

Xatırladaq ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovkin Tofiq İsbəndiyarov bir neçə gün əvvəl Kəlbəcər rayonu ərazisində minaya düşüb. O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib və ona lazımi tibbi yardım göstərilib. Vüqar İsbəndiyarovun müalicəsi hazırda Gəncə şəhərindəki özəl xəstəxanaların birində davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az