10 min AZN-dən çox qızıl, 46 min rus rublu: Qusarda silsilə oğurluqlar edən şəxs ƏLƏ KEÇDİ

13:08 - 30 İyul 2022

10 min AZN-dən çox qızıl, 46 min rus rublu: Qusarda silsilə oğurluqlar edən şəxs ƏLƏ KEÇDİ

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində oğurluq edən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Manset.az-a verilən məlumata görə, oğurluq hadisələrini törətməkdə şübhəli bilinən şəxsin rayon sakin Şahin Əfəndiyev olduğu məlum olub.

Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində müxtəlif evlərdən oğurluq etməklə ümumilikdə zərərçəkmişlərə 1 300 manatdan çox pul, 46 000 rus rublu və ümumi dəyəri 10 000 manatdan çox olan qızıl-zinət əşyalarını gizli talamaqla zərər vurduğu müəyyən edilib.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Ş.Əfəndiyevin barəsində həbs qətimkan tədbiri seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az