Nazirlikdən Kəlbəcərdəki tornado ilə bağlı AÇIQLAMA

13:22 - 30 İyul 2022

Nazirlikdən Kəlbəcərdəki tornado ilə bağlı AÇIQLAMA

İlin isti dövrlərində dağlıq  ərazilər üçün xarakterik olan  topa yağış buludlarının inkişafı nəticəsində  Kəlbəcər rayonunun Alagöllər hövzəsində qısamüddətli və lokal  burulğan-tornado  hadisəsi baş verib.

 

BunuMilli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Manset.az-a bildirib.
O qeyd edib ki, Alagöllər su  hövzəsinin üzərində meydana gələn hava axınları hövzənin üzərində tornado yaradıb.

 "Son günlər  temperaturun yüksəlməsi  və su hövzəsində buxarlanmanın intensivləşməsi topa yağış buludlarının əmələ gəlməsinə səbəb olub.   
Topa yağış buludlarının  şaquli ölçülərinin böyük , təzyiq fərqinin isə çox olması buludun aşağı hissəsində  yaranan   hava axınlarının   sürətlə buluda doğru hərəkət  etməsinə şərait yaradıb".  

G.Məmmədovanın sözlərinə görə bu, su hövzəsinə yaxın olan dağlıq ərazilərdə yay fəsli  üçün xarakterik təbiət hadisəsidir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az