Biləcəridə güclü yanğın başladı - VİDEO - YENİLƏNDİ

10:51 - 01 Avqust 2022

Biləcəridə güclü yanğın başladı - VİDEO - YENİLƏNDİ

Bakıda qamışlıq ərazi yanır.

 

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Binəqədi rayonunda Mehdiabad-Novxanı yolunun kənarında qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, bataqlıq ərazidə təqribən 2 ha qamışlıq sahə yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

10:20

Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yanğın başlayıb.

Manset.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az