Xalq artisti Emin Ağalarovun sosial şəbəkə paylaşımı diqqət çəkib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçi 2.1 milyon izləyicisi olan instaqram hesabında Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fiziyevlə fotosunu paylaşıb.
İfaçı paylaşıma "Dünyanın ən yüngül çəkili idmançısı ilə..." sözlərini də əlavə edib.
Xalq artistinin idmançı ilə olan fotosu izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanaraq çox bəyənilib.
Hər iki məşhurun sözügedən fotosunu təqdim edirik:
