Ukraynanın Azərbaycandakı səfirindən “Qarabağ”a dəstək - FOTO

21:47 - 03 Avqust 2022

Ukraynanın Azərbaycandakı səfirindən “Qarabağ”a dəstək - FOTO

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Qarabağ” futbol klubuna dəstək verib.

Manset.az xəbər verir ki, diplomat bu barədə “Twitter” hesabında yazıb.

Ukrayna “Qarabağ”a azarkeşlik edir.

“Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” – “Ferensvaros” matçına yeni start verilib.

Azərbaycanlı dostlarımıza qələbə arzulayırıq”, - səfir vurğulayıb.

Qeyd edək ki, Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş” komandası arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb. İlk yarıdan sonra hesab 1:1-dir. Qonaqlardan Frank Boli, meydan sahiblərindən isə Kvabena Ovusu fərqlənib.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az