logo
logo logo
logo

Həftənin ilk iş gününə olan hava proqnozu AÇIQLANDI

12:44 - 07 Avqust 2022

Həftənin ilk iş gününə olan hava proqnozu AÇIQLANDI

Avqustun 8-ə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Manset.az-a verdiyi məlumata əsasən Bakıda və Abşeron yarımadasında Dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.  

Günün birinci yarısında yarımadanın bəzi yerlərində  yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-33°  isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz  30-32° isti olacaq. Atmosfer təzyiqi  756 mm civə sütunudan 760 mm civə sütununa yüksələcək.  Nisbi rütubət  60-65 % olacaq. 

Abşeron çimərliklərində Şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur. 

Dəniz suyunun temperaturu, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz  18-23° isti olacaq.   


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az