İnstaqramdan hər kəsin arzuladığı önəmli YENİLİK

18:15 - 25 Sentyabr 2022

İnstaqramdan hər kəsin arzuladığı önəmli YENİLİK

İnstaqram “Hekayə” bölümündə videoların paylaşılma müddətini 15 saniyədən 60 saniyəyədək artırıb. 

 

Manset.az xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb.

Qeyd olunur ki, yeni funksiyanın sınaqlarına ötən ilin sonunda başlanılıb. Bu, sentyabrın 23-dən sosial şəbəkənin bütün istifadəçiləri üçün əlçatan olub.

TechCrunch bu seçimi çoxdan gözlənilən adlandırır. Nəşrin müəlliflərinin fikrincə, 60 saniyəlik videolar həm bloqerlərin, həm də istifadəçilərin marağına səbəb olacaq.

Bu arada jurnalistlər yeni formatın daha yüngül məzmuna öyrəşmiş istifadəçiləri narahat edəcəyindən ehtiyat edirlər. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az