Həftəsonu maşınvurma nəticəsində 4 nəfər ÖLDÜ

10:30 - 26 Sentyabr 2022

Həftəsonu maşınvurma nəticəsində 4 nəfər ÖLDÜ

Sentyabrın 24-də saat 19 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini A.Bayramlı idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Saatlı rayon sakini Rəmziyyə Əhmədovanı vurub.

Manset.az xəbər verir ki, xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb. 

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. 

*
Sentyabrın 24-də saat 22 radələrində Bərdə şəhəri ərazisində rayon sakini R.Balakişiyev idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən Ağdam rayon sakinləri A.İsmayılovu və həyat yoldaşı Röya İsmayılovanı vurub.

Manset.az xəbər verir ki, nəticədə qadın hadisə yerində ölüb, həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib. 

Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır. 

*
Sentyabrın 24-də saat 23 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Ə.Nəcəfov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini Elcan Qasımlını vurub.

Manset.az xəbər verir ki, nəticədə piyada hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. 


Sentyabrın 25-də saat 12 radələrində Xızı rayonunun Yeni Yaşma kəndi ərazisində Bakı şəhər sakini M.Hacıyev idarə etdiyi “Land Rover” markalı avtomobillə yolun kənarında dayanmış Xaçmaz rayon sakini Süleyman Vəliyevi vurub.

Manset.az xəbər verir ki,nəticədə S.Vəliyev hadisə yerində ölüb. 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az