DİN əməkdaşları şəhid olmuş Daxili Qoşunlarının hərbi qulluqçusunun ailəsini ziyarət etdilər

17:50 - 26 Sentyabr 2022

DİN əməkdaşları şəhid olmuş Daxili Qoşunlarının hərbi qulluqçusunun ailəsini ziyarət etdilər

Sabirabad Rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu İsmayıl Məmmədovun ailə üzvlərini ziyarət ediblər.

 

Manset.az xəbər verir ki, görüş zamanı şöbə əməkdaşları ailənin qayğıları ilə maraqlanıb, hərbçilərimizin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, qələbə əzmindən danışaraq, şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı və gələcək nəsillər üçün örnək olduğunu diqqətə çatdırıblar.

Görüş zamanı polis əməkdaşları müxtəlif ərzaq məhsullarından ibarət sovqatları təqdim ediblər. Şəhid ailələri də göstərilən diqqət və qayğıya görə, asayiş keşikçilərinə öz minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda RPŞ-nin əməkdaşları şəhidin ailə üzvləri birgə şəhidin məzarını ziyarət edərək önünə əklil qoyublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az