logo
logo logo
logo

Polislər Xəzər rayonunda 27 sentyabr – Anım Günü münasibətilə şəhid ailələrini ziyarət ediblər - FOTOLAR

14:17 - 27 Sentyabr 2022

Polislər Xəzər rayonunda 27 sentyabr – Anım Günü münasibətilə şəhid ailələrini ziyarət ediblər - FOTOLAR

Paytaxtın Xəzər rayonu ərazisində daxili işlər orqanlarının əməkdaşları 27 sentyabr – Anım Günündə Vətən müharibəsində böyük şücaət və qəhrəmanlıq göstərərək torpaqlarımızın azad olunması uğrunda canlarından keçən şəhidlərin ailələrini ziyarət ediblər. 


Manset.az xəbər verir ki, görüşlərdə qəhrəmanlarımızın igidlik salnamələrindən danışılıb, onların keçdikləri şərəfli döyüş yolu xatırlanıb. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğu, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğu qeyd edilib. 

Şəhid ailələrinin üzvləri övladlarının Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq, igidlik və mərdlik nümunəsi göstərərək ən uca zirvə olan şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını deyiblər. Onlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az