Cəbrayılda qanunsuz ov edən şəxs SAXLANILDI

16:19 - 28 Sentyabr 2022

Cəbrayılda qanunsuz ov edən şəxs SAXLANILDI

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun ərazisində qanunsuz ov edən şəxs aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Manset.az-a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Qubadlı rayon sakini Ş.Qəhrəmanov qanunsuz ov edərkən saxlanılıb. Həmin şəxsə məxsus 1 ədəd ov tüfəngi, 25 ədəd patron və ovladığı çöl quşları aşkar edilərək götürülüb.

Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az