Tofiq Yaqublu sərbəst buraxıldı

18:29 - 30 Sentyabr 2022

Tofiq Yaqublu sərbəst buraxıldı

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu saxlanılıb.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi öz feysbuk hesabında yazıb. O bildirib ki, evin ətrafında atasının hara aparıldığı barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, bir sıra ictimai fəal və partiya nümayəndələri bu gün Milli Məclisin qabağında aksiya keçirmək üçün sosial şəbəkələrdə çağırışlar etmişdi.

Daxili İşlər Nazirliyi isə hər hansı razılaşdırılmamış aksiyanın qarşısının alınacağına dair əvvəlcədən xəbərdarlıq etmişdi.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Manset.az-a bildirib ki, razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə Tofiq Yaqublu saxlanılıb. Hazırda müvafiq araşdırma aparılır. Araşdırma başa çatan kimi sərbəst buraxılacaqdır. 

***

Tofiq Yaqublu sərbəst buraxılıb. Bu barədə onun qızı Nigar Həzi sosial şəbəkədə məlumat paylaşıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az