Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələri artırılır

13:14 - 30 Sentyabr 2022

Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələri artırılır

Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi artırılır.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, mənbələr sırasına dövlət icbari şəxsi sığorta vəsaiti də daxil edilir.

Qeyd edək ki, indiyə qədər şəhidlərə və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan büdcəsindən, ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilirdi.

Qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az