Qubada universitet tələbələrinə “ağ ölüm”ün fəsadları barədə ətraflı məlumat verildi - FOTOLAR

17:09 - 30 Sentyabr 2022

Qubada universitet tələbələrinə “ağ ölüm”ün fəsadları barədə ətraflı məlumat verildi - FOTOLAR

Yeniyetmə və gənclərimizi zərərli vərdişlərdən qorumaq, narkotik vasitələrin cəmiyyətdə törətdiyi fəsadlarla bağlı onları məlumatlandırmaq məqsədilə polis əməkdaşları tərəfindən yeni dərs ilində də təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir.

 
Manset.az xəbər verir ki, növbəti belə tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialında  Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilib. “Narkomaniyasız sağlam həyat” mövzusunda keçirilən görüşdə polis əməkdaşları və veteranlar, tələbələr, eləcə də müəllimlər iştirak ediblər.

RPŞ-nin rəis müavini  polis polkovnik-leytenantı Vüsal Rüstəmov çıxışında ölkəmizdə sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlərdən, narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən söz açıb. Vurğulanıb ki, cəmiyyətin hər bir üzvü bu məsələdə öz məsuliyyətini dərk etməli və “ağ ölüm”ə qarşı fəal mövqe sərgiləməlidir. 

Sonra mövzu ətrafında çıxış edənlər  öldürücü bəlanın pəncəsindən yaxa qurtarmağın yolları barədə danışıblar. Diskussiya şəklində davam edən tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb  və sonda  narkomaniyanın fəsadları ilə bağlı sosial videoçarx nümayiş edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az