Xocavənddə daha bir kütləvi məzarlıq aşkarlandı - FOTOLAR

14:34 - 04 Oktyabr 2022

Xocavənddə daha bir kütləvi məzarlıq aşkarlandı - FOTOLAR

Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.

Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.

Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir.

Qeyd edək ki, bu ilin fevral ayında da Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdı.








Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az