ADU-nun əməkdaşı Elçin İbrahimov YUNESKO-da məruzə ilə çıxış etdi

12:34 - 07 Oktyabr 2022

ADU-nun əməkdaşı Elçin İbrahimov YUNESKO-da məruzə ilə çıxış etdi

Azərbaycan Dillər Universitetinin (ADU) Türkiyə Araşdırmalar Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov YUNESKO-nun Baş Qərargahında keçirilən tədbirdə iştirak edib.

 

Manset.az xəbər verir ki, universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir Fransanın paytaxtı Parisdə Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyinin və Qazaxıstanın YUNESKO-dakı Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib. 

Qazax ədəbi mühitinin formalaşmasında, milli-ədəbi düşüncəsinin inkişafında qazax elmi və ictimai fikir tarixinin görkəmli simalarından olan görkəmli qazax mütəfəkkiri Əhməd Baytursunlunun 150 illiyi ilə bağlı keçirilən tədbirdə E.İbrahimov Ə.Baytursunun 1926-cı ildə Bakıda keçirilən Birinci Bakı Türkoloji Qurultayındakı  “Orfoqrafiyanın əsas prinsipləri və sosioloji əhəmiyyəti” və “Qazax terminologiyasının prinsiplərinə dair” mövzusunda məruzələri ilə bağlı çıxış edib.

Qeyd edək ki, tədbirdə YUNESKO-nun baş katibi Xin Qu, Qazaxıstanın Elm və Təhsil nazirinin müavini Talqat Yeşenkulov, Ə.Baytursun adına Dilçilik İnstitutunun direktoru Anar Fazilcan, Qazaxıstan Nazirlər Kabineti yanında Dil-xəzinə Milli Mərkəzinin direktoru Erbol Tleşov, Türkiyənin Hacı Bayram Veli universitetinin professoru Hülya Çengel və bir çox qazax elm adamı və ictimaiyyət nümayəndələri iştirak edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az